Qaytar mənim ağlımı, dəlilərə gülürlər – Dənizin şeirləri…

Loading

“Partizan” Dəniz Bağırovanın  şeirlərini təqdim edir

Səndən sonra başlayacaq ürəyimin süqutu.
Gözlərimdən özüm üçün bir dəniz yaradacam.
Ürəyimə tapşıracam daha sevməsin səni,
Bir yol tapıb mən səni ömürlük unudacam.

Unudacam deyirəm,sən ağlımdan çıxarsan?
Sən mənim ürəyimin göz dağısan, biləsən.
Mən sən boyda dərdimi gedib kimə söyləyim,
Gedib kimə danışım,mən nə edim görəsən.

Sol yanım səndən əskik,mən səndən əlil qaldım.
Səndən sonra bir daha mən düzələn deyiləm.
O qədər axıtdın ki,gözlərimin yaşını,
Gəl,dünyanı bağışla,yenə gülən deyiləm

Mən ağ kəpənəkdim, sındırdın qanadımı.
Sənə gələn yollarda küsdü ayaqlarım da
Nə özümlə bacardım,nə qulaq asdı könlüm,
Xarabalıq yarandı sən getdin sol yanımda…

Səndən Sonra olmadı ki,sənlə bitdi hər şeyim.
Səndə qaldı ürəyim,sonra nəfəs almadım.
Ürəyimin başına ağıl qoymaqdan bezdim,
Yenə sənsiz olmadı,heç nə sənsiz olmadı…

Qəsdimə dayanmısan,çıxmırsan ki ağlımdan.
Hamıda bir az varsan,səsin hər yerdən gəlir.
Qaytar mənim ağlımı,dəlilərə gülürlər.
Mən həmişə susacam, dərdimi Allah bilir…

Səndən sonra özümlə yoıa gətmirəm artıq.
Mən sənin qisasını öz ürəyimdən aldım.
Ünvanımı itirdim,yerim yurdum da yoxdu.
Vətənim olan adam ,mən səndə əsir qaldım…

Səndən sonra başlayır yenə pis vərdişlərim…

***

Səndən sonra başlayacaq ürəyimin süqutu.
Gözlərimdən özüm üçün bir dəniz yaradacam.
Ürəyimə tapşıracam daha sevməsin səni,
Bir yol tapıb mən səni ömürlük unudacam.

Unudacam deyirəm,sən ağlımdan çıxarsan?
Sən mənim ürəyimin göz dağısan, biləsən.
Mən sən boyda dərdimi gedib kimə söyləyim,
Gedib kimə danışım,mən nə edim görəsən.

Sol yanım səndən əskik,mən səndən əlil qaldım.
Səndən sonra bir daha mən düzələn deyiləm.
O qədər axıtdın ki,gözlərimin yaşını,
Gəl,dünyanı bağışla,yenə gülən deyiləm

Mən ağ kəpənəkdim, sındırdın qanadımı.
Sənə gələn yollarda küsdü ayaqlarım da
Nə özümlə bacardım,nə qulaq asdı könlüm,
Xarabalıq yarandı sən getdin sol yanımda…

Səndən Sonra olmadı ki,sənlə bitdi hər şeyim.
Səndə qaldı ürəyim,sonra nəfəs almadım.
Ürəyimin başına ağıl qoymaqdan bezdim,
Yenə sənsiz olmadı,heç nə sənsiz olmadı…

Qəsdimə dayanmısan,çıxmırsan ki ağlımdan.
Hamıda bir az varsan,səsin hər yerdən gəlir.
Qaytar mənim ağlımı,dəlilərə gülürlər.
Mən həmişə susacam, dərdimi Allah bilir…

Səndən sonra özümlə yoıa gətmirəm artıq.
Mən sənin qisasını öz ürəyimdən aldım.
Ünvanımı itirdim,yerim yurdum da yoxdu.
Vətənim olan adam ,mən səndə əsir qaldım…

Səndən sonra başlayır yenə pis vərdişlərim..

***

Mənim səndən uzaqlarda saçlarıma qar yağır,
Yağış düşür yanağıma,külək əsir içimdə.
Noyabrı bilirsən də,ayrılıqlar fəslidi,
Həyatımda köç başlayıb, sən keçirsən içimdən.

Barmaqları bəxtəvərim,başı bəlalı yarım,
Ürəyimi dərdə salan,başımdan yel tək əsən.
Özgəsinə qismət olan qəlbi yaralı yarım.
Səninçün darıxmışam,necəsən zalım,necəsən

Küsdün getdin yanımdan da,sən gedəli dəyişdim.
Yalana döndü gərçəyim,qırıldı etibarım.
Xəyal oldu,yuxu oldu sənlə keçən günlərim,
Hərdən məni yadına sal,hərdən xatırla barı.

Mənim səndən uzaqlarda üzüm gülmür biləsən,
Çıxıb getdin birdəfəlik salam,xətir qalmadı.
Ürəyindən muğayat ol mənsiz yaxşı olanım,
Səndən sonra heç bilmirəm…səndən sonra olmadı….

Sənin məndən uzaqdlarda halın necədi görən?

***

Bu ev sənsiz darıxır,kədərlidir, bilirsən?
Sən gedəli qapısı, pəncərəsi açılmır.
Əlin dəyən yerlərə toxunmağa qıymıram,
Hara getsəm eynidi,həsrətindən qaçılmır…

Gülüşün hopub qalıb otağın divarına,
Saçlarını istəyir sol tərəfdəki çiynim.
Dünya boşalıb sanki,sən gedəli evimdən.
Sən gedəli dərdimə təsəlli olmur heç kim.

Dəhlizdən mətbəxədək ayaq izlərin qalıb.
Həsrətini çəkirəm dəmlədiyin çayın da.
Güzgünün qarşısında darağımda ilişən,
Artıq əzbər bilirəm saçlarının sayın da.

Sən gedəli özüm də qollarıma düşmənəm.
Üşüyürəm,donuram qırx dərəcə istidə.
Sən gedəli sən olan yatağıma qar dolub,
Daha məni isitmir bu zəhrimar tüstü də…

Qayıt,ovuclarımda əlinə yer etmişəm.
Qayıt,yer saxlamışam sol tərəfimdə sənə.
Evimi,ümvanımı əzbər bilirsən axı,
Qayıt,nolar qayıt,qayıt bu gün,gəl mənə..

Mən səni istəyirəm,gəl dalaşaq,dərdləşək.
İstəsən xətrimə dəy şikayət etməyəcəm
Gəl ,qapının cəftəsi əllərinə darıxıb,
Gəl,qayıt,mən özüm də bir daha getməyəcəm…

Mənə gələn yolları əzbər bilənim,tez gəl.
Sənə ehtiyacım var,məni qəlbindən atma.
Sən unutqan adamsan,bu məni çox qorxudur,
Bircə başına dönüm,qayıtmağı unutma…

Qoçu kimlərə deyilir? – Kürəyində İmam Əlinin barmaq izləri…

Loading

“Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə öyrənəndən sonra fəğan elədi…Ondan sonra kim ki bir az xoruzlanırdı, deyirdilər ki, «adə, qoçusan?» «Zalım oğlu, qoçu deyilsən ki,» «Mənim üçün qoçu olmayacaqsan ki!» O xislət adamlara «Qoçu» adı qoydular… Oxumağa davam et Qoçu kimlərə deyilir? – Kürəyində İmam Əlinin barmaq izləri…

art platforma